Almaniya federal hökuməti ölkə vətəndaşlığının alınması prosesini asanlaşdıran və mühacirlərin inteqrasiyası prosesini sürətləndirən qanun layihəsini təsdiqləyib.
Fins.az xəbər verir ki, qanun layihəsinə əsasən, ölkədə beş il yaşayan və ya “inteqrasiya sahəsində xüsusi nailiyyətləri” olan şəxslər Almaniya vətəndaşlığı üçün müraciət edə biləcəklər.
Bundan əlavə, ikili vətəndaşlığın alınması ilə bağlı məhdudiyyət də aradan qaldırılacaq.
Vətəndaşlıq üçün müraciət edənlərdən dövlət müavinətləri almadan özlərini və ailələrini təmin edə biləcəklərinə dair sübut təqdim etmələri tələb olunacaq. Qanun layihəsi digər məsələlərlə yanaşı, Almaniyaya daha çox ixtisaslı kadrların cəlb edilməsi və işçi qüvvəsi çatışmazlığı probleminin həlli məqsədi daşıyır. Qanun layihəsi Bundestaqın təsdiqini tələb edir.