TURİZM

24 Avqust

Bu il xaricə gedən Azərbaycan vətəndaşlarının sayı artıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1143,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Fins.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, gələnlərin 32,8%-i Rusiya, 18,2%-i Türkiyə, 7,4%-i İran, 4,9%-i Hindistan, 4,7%-i Gürcüstan, 3,9%-i Səudiyyə Ərəbistanı, 2,4%-i Qazaxıstan, 2,3%-i Pakistan, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, hər birindən 1,5% olmaqla İsrail və Ukrayna, 1,4%-i Belarus, 1,3%-i Küveyt, hər birindən 1,2% olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,5%-ni kişilər, 29,5%-ni qadınlar təşkil edib.