TURİZM

23 Avqust

Azərbaycandan xaricə səfər edənlərin sayı 20 % artıb

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 993,5 min nəfər olub.

Fins.az-ın Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19,8 % artım deməkdir.

Bildirilir ki, Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana - 32,5 %, Türkiyəyə - 6,4 % artıb, İrana - 24,7 % azalıb. Azərbaycan vətəndaşlarının 42,5 %-i Türkiyəyə, 22,7 %-i Rusiyaya, 9,2 %-i Gürcüstana, 7,7 %-i İrana, 17,9 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66,5 %-ni kişilər, 33,5 %-ni qadınlar təşkil edib.

Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68 %-i hava, 29,3 %-i dəmir yolu və avtomobil, 2,7 %-i isə dəniz nəqliyyatından istifadə edib.