TURİZM

17 Avqust

AZAL Moldovanın paytaxtına biletlərin satışını açıq elan edir

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Moldovanın paytaxtı Kişineu şəhərinə biletlərin satışına başlayıb.

Fins.az xəbər verir ki, bu istiqamətdə uçuşlar sentyabrın 15-dən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Əlverişli uçuş cədvəli sayəsində sərnişinlər səyahətləri üçün ən yaxşı vaxtı seçə biləcəklər.

Kişineuya reyslərə biletləri “Azərbaycan Hava Yolları”nın internet saytında - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Qeyd edək ki, Moldovanın paytaxtı zəngin tarixi, mədəni irsi və gözəl memarlığı ilə tanınır.