Rusiyalı turistlər 2023-cü ildə uzunmüddətli yay tətili üçün ən çox Türkiyə, Azərbaycan və Tailandı seçiblər.
Fins.az xəbər verir ki, bunu "Yandex Travel"ın araşdırması göstərir.
“Bu ilin yay aylarında uzunmüddətli səfərlər üçün ən populyar ölkələr Türkiyə, Azərbaycan, Tailand, İsrail və Vyetnamdır.
2022-ci ilin yayı ilə müqayisədə bu il Türkiyəyə uzunmüddətli səfərlərlə bağlı göstərici 1,5 dəfə, Azərbaycan və Tailanda isə iki dəfə artıb”,- araşdırmada bildirilir.
"Yandex Travel"ın analitikləri hotellərin bron edilməsi və aviabiletlərin axtarışı ilə bağlı məlumatları tədqiq edərək, rusiyalıların bu yay 21 gündən çox davam edən səfərlərdə hansı ölkəni seçdiklərini araşdırıblar. Məlum olub ki, rusiyalılar bu yay ən uzunmüddətli səfərlərin (təxminən 3 ay) istiqaməti kimi Vyetnam və Monteneqronu seçiblər.