TURİZM

16 Avqust

Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb

2023-cü ilin iyul ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 13 faiz artaraq, 1 milyon 955 min 951 nəfər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 6 faiz artaraq, 1 milyon 498 min 345 nəfər, beynəlxalq reyslər üzrə isə 47 faiz artaraq, 457 min 606 nəfər təşkil edib.

Bu ilin iyul ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 20 min 263 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq, 12 min 603 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 37 faiz artaraq, 7 min 660 ton olub.

 

Hava limanından 2023-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq, 15 min 253 olub. Daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz dəyişərək 10 min 871, beynəlxalq reyslər üzrə isə 45 faiz artaraq, 4 min 382 olub.

2023-cü ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 118 milyon 544 min 937 nəfər, yük dövriyyəsi isə 2 milyon 285 min 236 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.