TURİZM

14 Avqust

Daimi yaşamaq üçün Azərbaycana 1907 nəfər gəlib

Bu ilin I yarısında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1907 nəfər gələn, Azərbaycandan isə 1288 nəfər gedən qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən Fins.az-a bildiriilib.

Qeyd olunub ki, miqrasiya saldosu ölkə üzrə müsbət 619 nəfər təşkil edib.