TURİZM

09 Avqust

AZAL sərnişinlərin onlayn qeydiyyatdan keçmə müddətini artırdı

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) onlayn qeydiyyatdan keçmə müddətini artırıb. İndi sərnişinlər əvvəlki 24 saat əvəzinə, uçuşa 48 saat qalmış qeydiyyatdan keçə bilərlər.

Fins.az “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) istinadla xəbər verir ki, dəyişikliklər artıq qüvvədədir. Beləliklə, AZAL öz sərnişinlərinə əlavə üstünlüklər təqdim etməyə və onların səyahət təcrübəsini yaxşılaşdırmağa çalışır.

Onlayn qeydiyyat vaxtının 48 saata qədər uzadılması sərnişinlərə daha çox rahatlıq və çeviklik təmin edəcək. Bu xidmət onlara səyahətlərini daha diqqətlə planlaşdırmağa kömək edəcək. Onlayn qeydiyyat sərnişinlərə əvvəlcədən təyyarənin göyərtəsində oturacaq seçməyə və hava limanında qeydiyyat üçün növbələrdən yayınmağa, bununla da vaxta qənaət etməyə imkan verən rahat xidmətdir.

Onlayn qeydiyyatdan keçmək üçün sərnişinlər aviaşirkətin www.azal.az  rəsmi saytına daxil olmalıdırlar: www.azal.az/az/registration