TURİZM

09 Avqust

Türkegey bölgəsinin tarixi məkanları – Troya, Efes və Muğla

Qədim tarixin ən qüdrətli imperatorları bu köhnə Egey ticarət yolları boyunca şəhərlər salıblar və əsrlərin ən mühüm tarixi dəyişiklikləri də məhz burada baş verib. Türkiyənin Türkegey bölgəsi müxtəlif turizm xidmətləri, mavi kruizlər və yelkənli səyahətləri, həmçinin dadlı-ləzzətli mətbəxi ilə diqqət çəkir.

Fins.az xəbər verir ki, bu bölgədə Troya, Efes, Berqama, Muğla tarixi və əsrarəngiz məkanlardır.

Troya da daxil olmaqla, Çanaqqalada yerləşən Tevfikiye kəndi Türkegey bölgəsinin ən maraqlı yerlərindən biridir. Doqquz arxeoloji təbəqəyə və 3000 illik fasiləsiz tarixə malik olan Troya qədim şəhəri 1998-ci ildə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. Bu qədim yer həm də Avropa Şurasının Türkiyədən başlayan ilk və tək mədəni məkanı, Aeneas marşrutunun ilk dayanacağıdır. Avropanın ən prestijli muzey mükafatları ilə tanınan görkəmli Troya Muzeyi bölgədəki qazıntılardan əldə edilən artefaktlar və tapıntılar kolleksiyasına ev sahibliyi edir. Assos Qədim Şəhəri Egey dənizinin füsunkar Behramkale kəndində, dənizə baxan terraslı enişli bir təpənin üstündə yerləşir. Şimali Egeyin kəşf edilməyi gözləyən başqa bir xəzinəsi olan bu qədim şəhər Assosun ən hündür nöqtəsində inşa edilən Afina Məbədinə ev sahibliyi edir. Assosdakı digər xarabalıqlara köhnə şəhərin agorası, gimnaziyası və teatrı daxildir. Assosun ən məşhur sakinlərindən biri Makedoniya sarayına Makedoniyalı İskəndəri öyrətmək üçün getməzdən əvvəl orada məşhur fəlsəfə məktəbini quran Aristoteldir.

Türkegeydəki qədim şəhərlərin müzakirəsinə hər il minlərlə yerli və xarici turisti cəlb edən Efes də daxildir. 2015-ci ildən UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısında olan və dövrünün ən böyük liman şəhərlərindən olab Efes, Hellenistik və Roma dövrlərində çiçəklənib. 30 min ziyarətçi tutumu ilə Türkiyənin ən böyük kitabxanası olan Celsus Kitabxanası, qədim teatr, Mazaeus və Mithridates darvazaları, Hadrian məbədi və qədim dünyanın yeddi möcüzəsindən biri olan Artemida məbədi, romalıların varlı ailələrinin necə yaşadığını göstərən “terras evlər” Efesin diqqətəlayiq yerləri arasındadır. Efesdə olarkən Məryəmin Evini, Müqəddəs Yəhyanın türbəsini və Yeddi Yatan Mağarası ilə tanış olmaq mümkündür.

İzmirdə yerləşən Berqama UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısında yer alan daha bir qədim şəhərdir. Hellinistik, Roma və Bizans dövrlərində əhəmiyyətli bir mərkəz olan Berqama, Vəhylər Kitabında adı çəkilən yeddi əhəmiyyətli kilsədən birinə ev sahibliyi edirdi. Perqamonda günümüzə qədər gəlib çatan tikililərə Afina məbədi, Trayaneum və Perqamon Kitabxanası daxildir. Yuxarı Akropoldan müasir Berqama şəhərinə gəzinti təpənin yamacından bütün şəhərin panoramik mənzərəsini təqdim edir. Bu gün "Qırmızı Bazilika" kimi tanınan Serapis Məbədi Berqamanın başqa bir diqqətəlayiq yeridir.

Egey sahillərindəki məşhur qədim şəhərlərlə yanaşı, bölgənin daxili hissəsində çoxlu qədim yaşayış məskənləri mövcuddur. Bu şəhərlərə hər ikisi UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısında olan Kütahyadakı Aizanoi və Dənizlidəki Sardis antik şəhərləri daxildir.

Muğla Egeyin bitdiyi və Aralıq dənizinin başladığı yerdir. Yüzlərlə xarabalığa sahib bu gözəl şəhərdə siz səkkiz min il geriyə səyahət etmək mümkündür. Muğlanın Kaunos, Knidos və Tlos kimi qədim şəhərləri vardır. UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan iki qədim şəhər Xanthos və Letoon da diqqət çəkir. Likiyanın keçmiş paytaxtı Xanthosda antik dövrdən qalma Likiya məzar abidələri çox məşhurdur. Mədəniyyət və incəsənət şəhəri və mühüm köhnə ticarət mərkəzi olan Knidos unikal coğrafiyasına heyran olmamaq mümkün deyil.