İspaniya hökumətindən verilən açıqlamaya görə, bu ilin ilk 6 ayında ölkəyə ötən illə müqayisədə 24 % artaraq 37,5 milyon xarici turist gəlib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, İspaniyaya ən çox turistlərin müvafiq olaraq İngiltərə, Fransa və Almaniyadan gəldiyi bildirilib.
Turizmin ümumi daxili məhsulunun 12 faizini təşkil etdiyi İspaniyanın ən çox ziyarət edilən bölgəsi, Barselona və Kosta Bravanın da daxil olduğu Kataloniya bölgəsinin şimal-şərqi olub.
Zəminə Hüseyn
Fins.az