İstanbul İl Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, 2022-ci ilin ilk 6 ayında şəhərə 6 milyon 755 min 300 xarici turist gəlib.
Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, İlin ilk altı ayında İstanbula 7 milyon 903 min 538 turist gəldiyi halda, xarici ziyarətçilər arasında birinci yeri ruslar tutub.
Xarici turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 milyon 148 min 238 nəfər artıb.
İyun ayında turistlərin 1 milyon 584 min 232-si hava, 42 min 825-i isə dəniz yoluna üstünlük verib. Bu ayda hava yolu ilə şəhərə gələnlərin ötən illə müqayisədə 9 %, dəniz yoluna üstünlük verənlərin isə 84 % artdığı müəyyən edilib.
Zəminə Hüseyn
Fins.az