Türkiyədə turizmdə artım tempi iyun ayında da davam edib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu il Türkiyəyə gələnlərin sayı keçən ilin ilk 6 ayı (yanvar-iyun) ilə müqayisədə 17,48 % artıb.
2023-cü ildə ölkəyə səfər edən xaricdə yaşayan vətəndaşların sayı 2022-ci ilin 6 ayı (yanvar-iyun) ilə müqayisədə 5,11 % artıb.
İyun ayında əcnəbi ziyarətçilərin seçdiyi ilk 5 vilayət aşağıdakı kimidir:
1-Antalya 36,60% (2 044 015)
2-İstanbul 29,14% ( 1 627 057)
3-Muğla 9,39% (524 299)
4-Ədirnə 7,85% (438 428)
5-İzmir 3,26% (181 771)
Zəminə Hüseyn
Fins.az