TURİZM

31 İyul

Türkiyədə turizm gəlirləri 27% artıb

Türkiyə Statistika Təşkilatı 2023-cü ilin ikinci rübünün turizm statistikasını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Türkiyənin turizm gəliri ikinci rübdə illik 23,1 % artaraq 12 milyard 975 milyon 307 min dollara çatıb.

İlk 6 aylıq dövrdə gəlirlər 27% artaraq 21 milyard 734 milyon 366 min dollar oldu. İkinci rübdə turistlərin ümumi sayı 14 milyona çatıb.

Zəminə Hüseyn
Fins.az