TURİZM

21 İyul

Amsterdam turistlərin sayını azaltmaq üçün addımlar atır

Niderlandın paytaxtı Amsterdamın hakimiyyət orqanları səyahət gəmilərinin şəhər mərkəzindəki limana girişini qadağan edib.

Fins.az BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, bu addım şəhərdə turistlərin sayını azaltmaq və ətraf mühitə vurulan zərəri minimuma endirmək üçün atılıb. Səyahət gəmilərinə şəhərin mərkəzi limanına girişinin qadağan edilməsi təklifi turizm axınının çoxluğundan narazı olan şura üzvlərinin əksəriyyətinin dəstəyini qazanıb.

Bu, Amsterdamda kütləvi turizmə qarşı mübarizəyə yönələn son tədbirlərdən biridir. Bundan öncə, şəhər şurası “qırmızı fənərlər küçəsində” marixuana çəkməyi qadağan etmişdi.

Amsterdam öz populyarlığının qurbanına çevrilib. Belə ki, 865 min nəfər əhalisi olan şəhərə hər il 20 milyona yaxın turist gəlir.