TURİZM

14 İyul

TurkishExporter-dən yeni xidmət

25 ildən artıqdır ki, türk istehsalçılarına yeni ixrac bazarları və ixrac müştəriləri təqdim edən TurkishExporter-in yeni xidməti: Forie mobil ixrac proqramı.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu tətbiq ixrac edən şirkətlərə qeyri-məhdud ünsiyyət imkanları təqdim edir.

Gündəlik 400-ə yaxın onlayn idxalçı satın alma fürsəti elanı dərc edən Forie, bu yeni xidmətlə xarici şirkətlərin türk şirkətləri ilə pulsuz söhbət/mesajlaşma sahəsini dəyişdirib. Əgər Forie-də ixracatçı üzv hesabı açmısınızsa və məhsullarınızı beynəlxalq bazara təqdim etmisinizsə, indi platformadan ömürlük pulsuz yararlana bilərsiniz.