BƏƏ ilə turizm əlaqələrinin cari və gələcək inkişaf perspektivləri iyulun 13-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında keçirilən görüşdə müzakirə olunub.
Fins.az xəbər verir ki, görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında vizasız rejimin tətbiqinin qarşılıqlı səfərlərin artmasına verəcəyi töhfə, BƏƏ şirkətlərinin Azərbaycanın turizm sahəsinə investisiya imkanları barəsində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2023-cü ilin I yarımilliyində Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana səfər edən vətəndaşların sayı 18 884 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artım deməkdir.
Hazırda ölkəmizə BƏƏ-nin Dubay, Şarjah və Əbu-Dabi şəhərlərindən həftədə 50 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.