TURİZM

12 İyul

Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 26 % artıb

2023-cü ilin iyun ayında Türkiyənin Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 26 faiz artaraq, 12 milyon 870 min 273 nəfər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 10 faiz artaraq 2 milyon 2 milyon 871 min 147 nəfər, beynəlxalq reyslər üzrə isə 32 faiz artaraq 9 milyon 999 min 126 nəfər təşkil edib.

Bu ilin iyun ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 157 min 697 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 26 min 965 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 23 faiz artaraq, 130 min 732 ton təşkil edib.

 

Məlumata əsasən, hava limanından 2023-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq, 87 min 650 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 8 faiz dəyişərək 22 min 226, beynəlxalq reyslər üzrə isə 30 faiz artaraq 65 min 424 olub.

2023-cü ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 94 milyon 355 min 908 nəfər, yük dövriyyəsi isə 1 milyon 846 min 574 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.