TURİZM

12 İyul

İrana turist axını 40% artıb

Cari İran təqvimi ilə 1402-ci ilin birinci rübündə (21 mart 2023-cü ildə başlayıb) İrana turist axını 40% artıb.

Fins.az xəbər verir ki, bunu İranın mədəni irs, əl sənəti və turizm nazirinin müavini Əli Əsgər Şalbafan deyib.

Onun sözlərinə görə, bu ilin ilk üç ayında İrana 1,4 milyona yaxın xarici turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.

Dünya Turizm və Səyahət Şurasının məlumatına görə, 2022-ci ildə İrana turist axını əvvəlki illə müqayisədə 39% artıb.

Şarının hesabatına əsasən, 2022-ci ildə İranın turizm gəlirləri 6,2 milyard dollar təşkil edib.

©Trend