Bu ilin iyun ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 11 faiz artaraq, 4 milyon 710 min 465 nəfər olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 7 faiz artaraq 3 milyon 171 min 997 nəfər, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 1 milyon 538 min 468 nəfər təşkil edib.
Bu ilin iyun ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 61 min 303 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 35 min 427 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 12 faiz dəyişərək, 25 min 876 ton təşkil edib.