TURİZM

06 İyul

Qlobal hava yolu ilə sərnişin dövriyyəsi may ayında 39% artıb

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) may ayı üçün qlobal ümumi sərnişin tələbi statistikasını özündə əks etdirən bazar təhlilini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, qlobal hava sərnişin dövriyyəsi may ayında keçən ilin eyni dövrü ilə müqayisədə 39,1 % artıb.

Müvafiq olaraq, may ayında beynəlxalq hava nəqliyyatına güclü tələbat davam edir.

May ayında bir kilometrə düşən sərnişin gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə beynəlxalq səyahətlərdə 40,9 %, daxili səyahətlərdə isə 36,4 % artıb.

Zəminə Hüseyn
Fins.az