Cari ilin yanvar-may aylarında Türkiyəyə 57 min 885 nəfər Azərbaycan vətəndaşı səyahət edib.
Fins.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq dövrünə nisbətən 9 900 nəfər və ya 14,7 % azdır. Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfər edən millətlərin 1,29 %-ni təşkil edir.
Qeyd edək ki, bu ilin 5 ayında Türkiyəyə ən çox səfər edən Rusiya, Almaniya, İngiltərə, Bolqarıstan və İran vətəndaşlarıdır.