TURİZM

05 İyul

Pakistandan gələn ziyarətçilərin sayında artım müşahidə edilib

Hazırda Pakistanın Lahor şəhərindən Bakıya həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.

Dövlət Turizm Agentliyindən Fins.az-a verilən məlumata görə, Azərbaycana həyata keçirilən səfərlərin sayına görə Pakistan pandemiyadan sonra tam bərpa olunan hədəf bazarlar içərisində yer alaraq 2022-ci ilin statistikasına əsasən 51 700 nəfər ziyarətçi sayı ilə 7-ci yerdə qərarlaşıb.

2023-cü ilin yanvar-may aylarının 2019-cu və 2022-ci illərin müvafiq dövrü ilə müqayisəsində Pakistandan gələn ziyarətçilərin sayında 23% və 43% artım müşahidə edilib.

Zəminə Hüseyn
Fins.az