TURİZM

04 İyul

Türkiyədə bayramda 35 milyondan çox insan səyahət edib

Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu bayram tətilində Türkiyədə 35 milyondan çox insanın səyahət etdiyini açıqlayıb.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uraloğlu Qurban bayramında quru, hava və dəmir yolu ilə səyahət edənlərin sayının 35 milyonu keçdiyini deyib. 

O, nəqliyyat sektorunda yaşanan intensivliyin həm iqtisadiyyatı, həm də turizmi canlandırdığını vurğulayıb.

Onu da qeyd edək ki, Nəqliyyat və İnfrastruktur Nazirliyi 23 iyun - 2 iyul 2023-cü il tarixləri arasında 9 günlük tətildə hava, quru və dəmir yolu nəqliyyatı ilə bağlı məlumatları ictimaiyyətlə paylaşıb.

Leyla Fikrətqızı 
Fins.az