TURİZM

25 İyun

Antalyaya hava yolu ilə gələn turistlərin sayı 5 milyonu keçib

Bu il Antalyaya hava yolu ilə gələn turistlərin sayı 5 milyon 71 min 305-ə çatıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Vali Ersin Yazıcı sosial media hesabından etdiyi paylaşımda Antalyanın özünəməxsus havası, mavi dənizi, çimərlikləri, keyfiyyətli imkanları, gur təbiəti və tarixi ilə dörd mövsüm turizm təqdim edən “Türkiyənin qonaq otağı” olduğunu bildirib.

Şəhərin Aralıq dənizinin mirvarisi olduğunu bildirən Yazıcı, "Dünən etibarilə turizmin paytaxtı Antalyaya beynəlxalq xətlərdən gələn turistlərin sayı 5 milyon 71 min 305 oldu." açıqlamalar verib.

Digər tərəfdən, iyunun 17-də 86 min 278 xarici sərnişinin gəlişi ilə bu ilin gündəlik rekordunu qıran Antalya, 24 iyunda hava yolu ilə 90 min 853 xarici qonağın gəlişi ilə rekordunu yeniləyib.

Onu da qeyd edək ki, ilin sonuna qədər şəhər 16 milyon turistə çatmağı hədəfləyir.

Leyla Fikrətqızı 
Fins.az