TURİZM

25 İyun

Bu ilin 5 ayında Türkiyəyə 254 min Azərbaycan vətəndaşı səyahət edib

Bu ilin yanvar-may aylarında Türkiyəyə 253 min 877 nəfər Azərbaycan vətəndaşı səyahət edib.

Bu barədə Fins.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 7032 nəfər və ya 2,7 % azdır. Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfər edən millətlərin 1,81 %-ni təşkil edir.

Qeyd edək ki, bu ilin 5 ayında Türkiyəyə ən çox səfər edən Rusiya, Almaniya, İngiltərə, Bolqarıstan və İran vətəndaşlarıdır.