2022-ci ilin yanvar-may ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 296,6 min nəfər olub.
Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən xəbər verilib.
Qeyd edilib ki, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 38,0 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 4,5 faiz azalaraq 103,1 min nəfər olub.