Ötən ay ölkəyə 190 081 nəfər gəlib.
Fins.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz çox olub. Belə ki, ötən ilin mayında ölkəyə 137 491 nəfər səfər edib.
Bu ilin 5 ayı ərzində isə ölkəyə gələnlərin sayı 713 386 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (468 170 nəfər) 52 faiz çox olub.
Ötən ay gəlmə sayına görə, Rusiya (64 750), Türkiyə (33 023), İran (13 921), Hindistan (8 863) və Gürcüstan (8 539) ilk beşlikdə yer alıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin mayında gəlmə sayına görə ən çox artım Şimal Şərqi Asiyanın (535 %) payına düşüb.
2022-ci ilin may ayı ilə müqayisədə ötən ay Yaxın Şərqdən gələnlərin sayında 21 %, İrandan gələn ziyarətçilərin sayında isə 14 faiz azalma müşahidə olunub.