Azərbaycanda müvafiq ulduz dərəcəsinin təyin edilməsi üçün mehmanxana həmin ulduz dərəcəsi üzrə minimal bal toplamalı və məcburi meyarlar üzrə bütün tələblərə uyğun olmalıdır.
Fins.az xəbər verir ki, bu, Dövlət Turizm Agentliyinin Kollegiyasının təsdiq etdiyi “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”nda öz əksini tapıb.
Meyarlara əsasən, daha yüksək ulduz dərəcəsinin minimal bal miqdarını toplayan, lakin həmin ulduz dərəcəsinin təyin edilməsi üçün məcburi meyarlara uyğun olmayan mehmanxanaya əlavə olaraq üstünlük (superior) dərəcəsi təyin edilir.
Ulduz dərəcəsi və superior dərəcəsinin təyin edilməsi üçün bal tələbi aşağıdakı cədvəldə göstərilib:
Ulduz dərəcəsi |
Məcburi meyarların (M) sayı |
Minimal bal tələbi |
Superior dərəcəsi üzrə bal tələbi |
1* |
51 |
95 |
180 |
2* |
58 |
180 |
270 |
3* |
80 |
270 |
410 |
4* |
97 |
410 |
610 |
5* |
118 |
610 |
710 |
Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi zamanı aşağıdakılar zəruridir:
- Meyar üzrə bal mehmanxananın həmin meyar üzrə tələblərə tam uyğunluğu müəyyən edildiyi halda verilir. Meyara qismən uyğunluq müəyyən edildiyi halda həmin meyar üzrə bal verilmir.
- Ulduz kateqoriyasının müəyyən edilməsi üçün mehmanxananın yerləşdiyi binada yerində qiymətləndirmə aparılmalı və nəticə aktlaşdırılmalıdır.
- Eyni sahibkarlıq subyekti tərəfindən idarə olunan və müxtəlif ünvanlarda eyni ad ilə fəaliyyət göstərən mehmanxanaların hər birinin yerləşdiyi binalarda ayrı-ayrılıqda qiymətləndirmə aparılmalı və sertifikatlaşdırılmalıdır.
© report