TURİZM

25 May

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı oldu

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 15-21 may tarixləri üzrə Avropa Aviasiya Hesabatı dərc olunub.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, İstanbul Hava Limanı orta hesabla 1401 uçuşla Avropanın ən işlək hava limanı oldu.

İstanbul hava limanını gündəlik orta hesabla 1330 uçuşla Amsterdam Schiphol, 1302 uçuşla Londra Heathrow hava limanları izlədi.