2022-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında Səudiyyə Ərəbistanından olan ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub.
Dövlət Turizm Agentliyindən Fins.az-a verilən məlumata görə, eyni zamanda Səudiyyə Ərəbistanı 2023-cü ilin aprel ayında ölkəmizə həyata keçirilən uçuşların statistikasında ilk beşlikdə yer alır.
Həmçinin 2022-ci ildə Səudiyyə Ərəbistanından olan ziyarətçilər Körfəz ölkələri sırasında birinci pillədə qərarlaşıb. Həmin il Körfəz ölkələrindən Azərbaycana 185 288 xarici vətəndaş səfər edib ki, bunun da 52%-ni Səudiyyə Ərəbistanı vətəndaşları təşkil edib.