Bu ilin yanvar-aprel aylarında hava nəqliyyatı ilə 735,5 min və ya 58,6% çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
“Bu nəqliyyat növü ilə yükdaşıma 64,8% azalaraq 63,4 min ton olub”, - məlumatda qeyd olunur.