TURİZM

08 May

Bu ilin 4 ayı ərzində isə ölkəyə gələnlərin sayı 523 305 nəfər təşkil edib

Ötən ay ölkəyə 154 233 nəfər gəlib.

Fins.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 83 faiz çox olub. Belə ki, ötən ilin aprelində ölkəyə 84 402 nəfər səfər edib.

Bu ilin 4 ayı ərzində isə ölkəyə gələnlərin sayı 523 305 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (330 479 nəfər) 58 faiz çox olub.

Ötən ay gəlmə sayına görə, Rusiya (47 054), Türkiyə (30 236), İran (10 677), Hindistan (10 433) və Gürcüstan (8 136) ilk beşlikdə yer alıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 4 ayında gəlmə sayına görə ən çox artım Cənubi Asiya (210 %), Mərkəzi Asiya (175 %), Şimal Şərqi Asiya (289 %), Cənub Şərqi Asiyanın (149 %) payına düşüb.

Ayrı-ayrılıqda ölkələrə nəzər saldıqda isə Nepaldan gələnlərin sayı ödən ilin müdvafiq dövrü ilə müqayisədə 1781 faiz artıb. Belə ki, ötən ilin ilk 4 ayında Nepaldan ölkəmizə 43 nəfər gəlmişdisə, bu ilin müvafiq dövründə onların sayı 809 nəfər təşkil edib. Həmçinin Çaddan gələnlər 800 faiz, Kubadan və Mauritiusdan gələnlər 700 faiz, Eritreyadan gələnlər 600 faiz, Kambocadan gələnlər 567 faiz, Salvadordan gələnlər 500 faiz, Qvatemaladan gələnlər 400 faiz artıb.