TURİZM

01 May

Təyyarə ilə səfər edənlərin sayı 48% artıb

Azərbaycanda bu ilin yanvar-mart aylarında hava nəqliyyatı ilə 539 min sərnişin daşınıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 47,9% çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 75,6% azalaraq 37,3 min ton olub.