2022-ci ildə Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana səfər edən vətəndaşlarının sayı ilə Körfəz ölkələrindən ziyarət edənlər sırasında ikinci pillədə qərarlaşıb.
Bu barədə Fins.az-a Dövlət Turizm Agentliyindən xəbər verilib.
Bildirilib ki, ötən il Yaxın Şərq ölkələrindən Azərbaycana 228 294 xarici vətəndaş səfər edib ki, bunun da 18%-ni BƏƏ vətəndaşları təşkil edib.