TURİZM

30 Mart

Azərbaycandan İrana gedənlərin sayı azaldı

Bu ilin yanvar-fevral ayları ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,3% artaraq 218 min nəfər olub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 1,5 dəfə, Türkiyəyə gedənlərin sayı 15,9%, Rusiya Federasiyasına gedənlərin sayı 8,4% artıb, İrana gedənlərin sayı isə 15,5% azalıb.

Məlumata görə, ölkə vətəndaşlarının 39,7%-i Türkiyəyə, 22,8%-i Rusiya Federasiyasına, 9,9%-i Gürcüstana, 8,4%-i İrana, 19,2%-i digər ölkələrə səfər edib. Gedənlərin 70%-ni kişilər, 30%-ni qadınlar təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 29,7%-i dəmir yolu və avtomobil, 67,8%-i hava, 2,5%-i isə dəniz nəqliyyatından istifadə edib.