TURİZM

30 Mart

Azərbaycanın turizm xidmətlərinin dövriyyəsində kəsir yaranıb

2022-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2 dəfə artaraq 1.7 milyard dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Tədiyyə Balansı hesabatında qeyd edilib. 

Məlumata görə, hesabat dövründə turizm xidmətləri üzrə idxalın (892.7 milyon dollar) ixracı (823.3 milyon dollar) üstələməsi nəticəsində 69.4 milyon dollar həcmində kəsir yaranıb.