“Bakı ilə Dehli arasında birbaşa uçuşlar həftədə üç dəfəyədək artırılmaqla, aprelin ilk həftəsindən bərpa olunur.”
Fins.Az xəbər verir ki, bunu dünən Hindistanın Bakıdakı Səfirliyi, iki ölkə arasında turizm sektorunda işgüzar əməkdaşlıq potensialını araşdırmaq məqsədilə Azərbaycan və Hindistan tur operatorların və turizm agentliklərinin nümayəndələrinin iştirakı ilə təşkil olunan Hindistan-Azərbaycan İşgüzar Görüşündə Hindistanın Bakıdakı müvəqqəti işlər vəkili Vinay Kumar deyib.
V.Kumar, ecazkar Hindistanı kəşf etmək üçün fürsəti əldən verməməyə və Hindistana cəlbedici turizm paketləri təşkil etməyə çağırış edib.
Fuad Mədətov
Fins.az