Bu gün Hindistanın Bakıdakı səfirliyi turizm sektoru üzrə Hindistan-Azərbaycan biznes tədbiri təşkil edilib.
Fins.az-ın məlumatına görə, Bakıda "JW Marriott Absheron" otelində Hindistanın Bakıdakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Hindistan və Azərbaycan sahibkarları arasındakı ikitərəfli görüş olacaq.
Tədbirdə turizm sektorunda iki ölkə arasındakı turizm sektorundakı perspektivlər, qarşılıqlı əməkdaşlıq və başqa bu kimi məsələlər müzakirə olunur.
Tədbirdə Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar, səfirliyin ikinci katibi Acay Kumar Pandey, o cümlədən Azərbaycan və Hindistan turizm şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak edirlər.
Fuad Mədətov
Fins.az