“AZAL” QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti mart ayından etibarən Bakıdan Mahaçqalaya və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq.
Aviaşirkətin Bakı-Mahaçqala-Bakı marşrutu üzrə ilk reysi martın 15-də həyata keçiriləcək.
AZAL-dan Fins.Az-a verilən məlumata görə, aviareyslər həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri uçuşlar həyata keçirəcək.
Mahaçqala Xəzər dənizinin sahilində yerləşən, mədəni və tarixi əhəmiyyəti ilə səyahətçiləri cəlb edən bir şəhərdir.
Aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.