Hindistanın 4 əyalətində təşkil olunan tədbirdə 50-dən çox ölkənin nümayəndələri qatılmışdı. Sayca 9-cu olanbu olimpiadanın təşkilatçısı Hindistanın nüfuzlu kulinariya məktəbi "International Institute of Hotel Management (IIHM)" idi. "Beynəlxalq Gənc Aşpazlar Olimpiadası 2023" rəsmi açılış mərasimi Hindistanın paytaxtı Yeni Dehli şəhərində baş tutmuşdur. Olimpiadanın qaydalarına əsasən iştirakçılar qrup şəklində Hindistanın digər bölgələrində yarışa davam etməli idilər. Yarışın birinci mərhələsi Qoada reallaşıb. Tələbəmiz Emil Zeynalzadə hazırladığı vegeterian yeməklə final mərhələsinə vəsiqə qazandı. İlk onluğa düşən ölkəmiz final mərhələsində digər 9 ölkənin (Hindistan, Tayland, Malayziya, Sinqapur, İngiltərə, Fransa, ABŞ, Yeni Zenlandiya və Niderland) təmsilçiləri ilə yarışaraq qalib gəlmiş və qızıl medala layiq görülmüşdür. Final mərhələsi fevarlın 4-ü Hindistanın Kəlkütə şəhərində təşkil olunmuşdur. Qeyd etmək istəyirik ki, Azərbaycan sözügedən olimpiadada ilk dəfə iştirak edirdi.
CÀSÀ Kulinariya Mərkəzinin tələbəsi Emil Zeynalzadə "WorldSkills Azerbaijan" layisənin final mərhələsində 2-ci yerə layiq görülmüşdür. Eyni zamanda, Hindistanda keçirilən yarışın hazırlığı CÀSÀ Kulinariya Mərkəzində təşkil olunub. Hazırlıq zamanı, CÀSÀ Kulinariya mərkəzinin peşəkar müəllim-aşpazları Emilə kulinariya üzrə bilik və bacarıqlar və xüsusi bişirmə texnikaları üzrə təlim keçmişdir. Nəticə etibarilə, gənc azərbaycanlı aşpaz belə bir dünya miqyaslı yarışda qalib gəlmişdir.
CÀSÀ Azərbaycanda və MDB ölkələrində İngiltərə təşkilatı tərəfindən akkreditə olunmuş, beynəlxalq diplom və peşəkar kulinariya təhsili verən ilk və yeganə Kulinariya sənətləri mərkəzidir.
CÀSÀ Kulinariya Mərkəzində Qida Hazırlama və Kulinariya sənəti - Aşpazlıq, Qənnadı Məmulatları və Şirniyyatçılıq, Qida və İçki xidməti üzrə, Kulinariya Sənəti və İdarəetmə üzrə 2-ci və 3-cü Dərəcəli Diplom Proqramları tədris olunur.
Təklif olunan diplom proqramları City Guids, London İnstitutu tərəfindən akkreditasiya olunub. İş yönümlü ixtisaslar üzrə aparıcı təşkilat olan CityGuids dünyanın 81 ölkəsində 8500 kollec və təlim mərkəzləri vasitəsilə 500-dən çox ixtisas təklif edir.
Bu təşkilatın verdiyi diplomlar İngiltərə Təhsil Nazirliyi tərəfindən tanınmışdır və təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada tanınır.
CÀSÀ Kulinariya Sənətləri Mərkəzi həmçinin, Bakıda Worldchefs tərəfindən Keyfiyyətli Kulinariya Təhsili üzrə Kvalifikasiyanın tanındığı ilk peşəkar Kulinariya mərkəzidir. Worldschefs akkreditasiyası kulinariya sektorunda beynəlxalq tanınma deməkdir və keyfiyyətli kulinariya təhsili verən CÀSÀ Kulinariya Sənətləri Mərkəzinin etibarlılığını əks etdirir.
Diplom proqramları ilə yanaşı CÀSÀ-da kulinariya üzrə qısamüddətli kurslar, eləcə də, Somelye, Barista, HACCP proqramları keçirilir və beynəlxalq sertifikat verilir.
Dünya miqyaslı yarışlarda və olimpiadalarda iştirak etmək və qalib olmaq arzusunda olan, kulinariya sahəsində təhsil almaq və peşəkar biliklərə yiyələnmək istəyən bütün gənclər üçün CÀSÀ Kulinariya Mərkəzinin qapıları həmişə açıqdır!