Azərbaycana bu ilin yanvar ayında dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Fins.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, gələnlərin 33,8%-i Rusiya Federasiyası, 21,1%-i Türkiyə, 9,3%-i İran, 5,6%-i Gürcüstan, 3,4%-i Hindistan, 3,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7%-i Pakistan, 2,1%-i Küveyt, hər birindən 1,8% olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5%-i Ukrayna, hər birindən 1,2% olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 77,7%-ni kişilər, 22,3%-ni qadınlar təşkil edib.
Əlavə edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan - 8,6 dəfə, Türkmənistandan – 5 dəfə, Özbəkistandan – 5 dəfə, Belarusdan - 3,6 dəfə, Çindən - 3,1 dəfə, Qazaxıstandan - 3 dəfə, Küveytdən - 2,9 dəfə, Omandan - 2,2 dəfə, İsraildən - 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,9 dəfə, Gürcüstandan - 1,6 dəfə, ABŞ-dan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 47,6%, Türkiyədən - 40,7%, Ukraynadan - 19,8%, İrandan - 15,6% artıb.