TURİZM

20 Fevral

Azərbaycandan xaricə səfər edənlərin sayı artıb

Bu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,9% artaraq 109,3 min nəfər olub.

Fins.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Türkiyəyə gedənlərin sayı 18,4%, İrana gedənlərin sayı 13%, Rusiya Federasiyasına gedənlərin sayı 2,7% artıb. Ölkə vətəndaşlarının 38,2%-i Türkiyəyə, 21,7%-i Rusiya Federasiyasına, 10,5%-i Gürcüstana, 9%-i İrana, 20,6%-i digər ölkələrə səfər edib.

Əlavə edək ki, gedənlərin 69,2%-ni kişilər, 30,8%-ni qadınlar təşkil edib.