TURİZM

16 Fevral

AZAL Parisə uçuşları bərpa edir

AZAL Parisə uçuşları bərpa edir.

Bu yaz "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edir.

Bu barədə Fins.Az-a "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.

Cədvəldə həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri Bakıdan Parisə və əks istiqamətdə uçuşlar nəzərdə tutulub. İlk uçuş mayın 9-u həyata keçiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az saytında tanış ola bilərsiniz.

Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Fuad Mədətov
Fins.Az