Turizm sahəsində keçirilən müsabiqə üzrə qrant almış layihədə istifadə edilməmiş məbləğ donora qaytarılmayacaq.
Fins.Az xəbər verir ki, bu, “Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nda edilən dəyişiklikdə öz əksini tapıb.
Qeyd edilən qaydanın layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ donorun hesabına qaytarılmalı olduğunu göstərilən 6.7-ci maddəsi ləğv edilib.
Bundan əlavə həmin sənədin 5.6-cı maddəsi də ləğv edilib ki, bununla da layihə üzrə ayrılan qrant vəsaitindən sub-qrantların ayrılmasına yol verilməməsi qüvvədən düşüb.
“Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nda həmçinin apelyasiya şikayətlərinin verilməsi müddəti də uzadılıb. Bununla bağlı olan 4.12. maddədə dəyişdirilərək müraciət müddəti 10 gündən 10 iş gününə qaldırılıb.