Gürcüstan 2022-ci ildə beynəlxalq səfərlərdən 3,5 milyard dollar əldə edib.
Fins.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Turizm Agentliyinin məlumatında bildirilib. Qeyd olunub ki, bu göstərici 2019-cu illə müqayisədə 107,6% bərpa anlamına gəlir.
Məlumatda göstərilib ki, ötən il ölkəyə ümumilikdə 5,4 milyon beynəlxalq ziyarətçi səfər edib. Təkcə 2022-ci ilin dekabrında isə Gürcüstana 564 656 xarici ziyarətçi gəlib. Bunlardan 304 616-sı turizm məqsədilə olub.