Bu gün "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyi ilə Milli Kulinariya Mərkəzi arasında əməkdaşlıq əlaqələrin genişləndirilməsinə və inkişafına dair memorandum imzalanıb.
Fins.az bu barədə Assosiasiyaya istinadən xəbər verir.
Sənədə əsasən, hər iki qurum gələcəkdə qarşılıqlı əlaqələrin inkişafı, əməkdaşlığın genişləndirilməsi, milli kilinariya nümunələrinin təşviqi, mətbəx turizminin xarici partnyorlar arasında tanıdılması və xüsusi marşrutların hazırlanması, eləcə də bu istiqamətdə infoturların təşkili üzrə birgə fəaliyyət göstərəcəklər.
Görüşdə həmçinin qastro turizmin inkişafı üzrə yeni təkliflərin hazırlanması, milli kulinariya nümunələrinin tanıdılması istiqamətində maarifləndirmə işlərinin aparılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.