2022-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2021-ci illə müqayisədə 1,5 dəfə (50 %) artaraq 1 489,5 min nəfər olub.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, vətəndaşların 44 %-i Türkiyəyə, 18 %-i Rusiyaya, 13,6 %-i İrana, 8,6 %-i Gürcüstana, 15,8 %-i digər ölkələrə səfər edib. Səyyahların 64,2 %-ni kişilər, 35,8 %-ni qadınlar təşkil edib.
İrana gedənlərin sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 12,9 % artıb.