Fevralın 17-dən etibarən Rusiyanın “Aeroflot” Hava Yolları şirkəti Sankt-Peterburqla Bakı arasında birbaşa uçuşlara başlayacaq.
Fins.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Reyslər Pulkovo hava limanından həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri olmaqla, “Boeing 737-800” təyyarələri ilə həyata keçiriləcək.
“Aeroflot”un mətbuat xidməti qeyd edib ki, bu mövsüm sərnişinlərə Sankt-Peterburqdan Antalyaya, İstanbula, Dubaya, Daşkəndə, Səmərqəndə və İrəvana birbaşa uçuşlar təklif olunur.