“Forbes” jurnalında 2023-cü ildə səyahət ediləcək ən yaxşı yerlər qeyd edilib.
Fins.az xəbər verir ki, səyahət ediləcək ölkələr sırasında Azərbaycanın da adı var.
Qeyd edilib ki, Qafqaz dağlarının Dubayı adlandırılan Azərbaycanın paytaxtı Bakı təzadlar şəhəridir. “Siz şəhərin orta əsrlərə aid köhnə şəhərinin divarlarının yanında parlaq Alov Qüllələrini və məscidləri tapa bilərsiniz. Bakı həm də Formula 1 yarışı olan Azərbaycan Qran-Prisinin vətənidir. Ona görə də əgər siz F1 azarkeşisinizsə, ən azı 2024-cü ilə qədər şəhər küçələrində yarışa çıxa bilərsiniz”, - deyə məqalədə bildirilir.
Məqalədə, həmçinin Gürcüstan, Bolqarıstan, Rumıniya, İspaniya, Fransa, Çexiya, İtaliya, Almaniya kim ölkələrin də adı yer alıb.
©AZƏRTAC