Turizm sənayesində 50 ilə yaxın təcrübəyə malik olan “Barut Hotelləri” ilk gündən turistlərin marağına səbəb olub və bu il portfoliosuna lüks seqment olan "BAYOU Villas"ı əlavə edib.
Bunu "Barut Lara Collection"nin baş direktoru Cem Karacan deyib.
Onun sözlərinə görə, villalar möhtəşəm təbiətə malik olan Antalyada xüsusi olaraq tikilib və dizayn olub: “24 villamız artıq turistləri qəbul etməyə tam hazırdır. Yeni yaşayış təcrübəsi təklif edən “BAYOU Villas" Aralıq dənizinin bənzərsiz gözəllikləri ilə bəzədilmiş 25.000 m2 böyük bir ərazidə yerləşir villa 4 fərqli üslubda 24 fərdi villadan ibarətdir. Villalar özəl bağçası və 2 hovuzu ilə təcrid olunmuş tətil fürsəti təklif edir. Rusiyalı qonaqlar və Azərbaycan türkləri adətən sənətə çox önəm verdiklərini duyduq. Çox böyük bir qisminin evində piono olduğunu eşitdik, həm Azərbaycan türklərinin, həm də rusların sənətə həddindən çox marağının olduğunu öyrəndik. Ona görə də vilların bəzilərində pionalar yerləşdirdik. Müştərilərin "feed-back" lərini aldıq , onlar bildirirdilər ki, villanın içində SPA olsa , Türk hamamı olsa çox yaxşı olar. Villanın içində mətbəx olsa çox gözəl olur, həmçinin villanın içində iki cür hovuzun olması həm dəniz suyu olan, həm də isitmə sistemli hovuzun olması əsas istəklərdən idi. Biz də bu istəkləri reallığa çevirdik. Bu çox önəmli bir detaldır. Türkiyədə villada dəniz suyu olan hovuzu olan hotellər sırasında birincilərdənik”.
O deyib ki, hoteldə qastronomiya xidmətini yeni bir mərhələyə gətirilib: “Hətta hazırda hotellər qrupunda 16 sayda pivə təklif edirik. Həmçinin, Türk rakısı, vodka, viskilərdən müxtəlif çeşidlər var. Bir çox təsis bir neçə növ içki təklif edərkən biz hər növ içki üçün 10-dan çoxunu təklif edirik. Ümumiyyətlə, hoteldə 9 restoran fəaliyyət göstərir. 9 restoranın hər birində özünə məxsus kokteylləri var. Sadəcə bu hotelə özəl olaraq hazırlanıb”.
Hotel rəsmisi qeyd edib ki, bizim üçün ən önəmli bazarlar Rusiya, Azərbaycan bazarlarıdır: “Dünyanın hər yerinə ən çox səfər edən turistlər Azərbaycan və Rusiyadan gedən turistlərdir. Bizim üçün bu ölkələrdən olan turistlər Türkiyəyə səfər edənlərin içərisində ilk üçlükdə qərarlaşıblar. Yerli bazarda daha da gücümüzü artırırıq, ona görə də yeni konseptlər hazırlayırıq. Ona görə də daha fərqli konseptlər düşünürük. Türkiyəyə 2022-ci ildə 42 milyondan çox insan daxil olub. Bu barədə məlumatı Türkiyənin Turizm Nazirliyi yayıb. 2021-ci illə müqayisədə 43 faizlik artım var. 2022-ci ildə Rusiyadan gələn turistlər ilk sırada qərarlaşıb. Türkiyəyə 800 min Azərbaycan türkü gəlib. Ona görə də Azərbaycan bazarı bizim üçün önəmlidir”.
C. Karacan deyib ki, “Barut Hotelləri" yaranandan bəri təbiətə çox bağlı markadır. Bizim hotelimizdə heç dar bir məkan görə bilməzsiniz. Bütün hotellərin ərazisində geniş ,yaşıl yerlər var. 30-40 illik ağaclar var. Bəzi layihələr hətta bu ağaclara görə layihələndirilir. Çünki şirkətimizin rəhbərliyi bilir ki, təbiət olmazsa, turizm olmaz. Təbiəti sevmək və qorumaq kimi bir könüllük var, həm də bunun mənasını çox yaxşı dərk edirlər. Burada sənət, heyvanlar, yeraltı sərvətlərini qoruyur. Bu hotel Ağdəniz bölgəsində ilk "yaşıl energetika" sertifikatını alan bir hoteldir. Bu, bir neçə ay əvvəl reallaşıb. Turizmin həm uzun illər davam etdirilməsi üçün bu kimi addımların atılması vacibdir. Turizm təbii sərvətləri azaldan bir sektordur. Ona görə də biz bu sektorda olduqca ilk növbədə şüurlu addımlarla ilk növbədə ətraf mühitimizi qorumalıyıq. “Barut Hotel” qrupu qazancının bir qismini sosial layihələrdə cəmiyyətə geri verir”.